İsveçrə hökuməti Cenevrədə NATO-nun ofisinin açılmasına razılıq verib

İsveçrə hökuməti Cenevrədə NATO-nun ofisinin açılmasına razılıq verib

İsveçrə Federal Şurası (Hökumət) Cenevrədə NATO-nun beynəlxalq təşkilatlarla əlaqələr üzrə ofisinin açılmasına razılıq verib.

“Report” TASSa istinadən xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer Alen Elçinqer bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin sonunda NATO İsveçrəyə əlaqə bürosunun açılması ilə bağlı rəsmi müraciət edib: “Federal Şura belə bir ofisin açılmasına prinsipial olaraq razılıq verib və Xarici İşlər Nazirliyi növbəti ofisin hazırlanmasına cavabdehdir”.

Elçinger bildirib ki, ofisin açılış tarixi ilə bağlı əlavə məlumat veriləcək.