Külək tədricən zəifləyib - YENİLƏNİB - 3

Külək tədricən zəifləyib - YENİLƏNİB - 3

Milli Hidrometeorologiya Xidmətinin 4 aprel saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.

Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçalada 23 m/s, Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ağdamda 16 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.

12:31

Saat 12:00-a olan məlumatına əsasən hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur, küləyin maksimal sürəti 30 m/s-dir.

"Birxeber.Az" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, səhər saatlarından başlayaraq bölgələrdə müşahidə olunan güclü şimal-qərb küləyi artıq qərb rayonlarında nisbətən zəifləyib:

"Belə ki, hazırda küləyin maksimal sürəti Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevir, Yevlax, Tərtərdə 22 m/s, Şabran, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Ağdam, Xaçmazda 16 m/s-dir".

G.Məmmədova qeyd edib ki, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

10:04

Hazırda Azərbaycanın bölgələrində küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur.

"Birxeber.Az" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirilib ki, ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir:

"Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir. Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır".

G.Məmmədovanın sözlərinə görə, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

08:03

Aprelin 4-ü saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Gəncə və Şəmkirdə, 20 m/s, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır.