AYNA: Bu şəxslərə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək

AYNA: Bu şəxslərə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək

Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək.

"Birxeber.Az-Economics"in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək:

"Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək", - deyə açıqlamada qeyd olunub.