ANAMA sədri: Ermənistan 30 illik işğal dövründə torpaqlarımızda 1.5 milyon mina basdırıb

ANAMA sədri: Ermənistan 30 illik işğal dövründə torpaqlarımızda 1.5 milyon mina basdırıb

Mina çox ciddi problemdir, gözlə görünməyən düşməndir.

Birxeber.Az xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib.

O bildirib ki, mina seçim etmir, mülki şəxs, o cümlədən qadın, uşaq tanımır, kortəbii şəkildə xəsarət yetirir, ya da öldürür: “Dünyanın 60-dan çox ölkəsi minadan əziyyət çəkib. Dünyada 110 milyondan çox mina basdırılıb. Azərbaycanda da bu problemlə üzləşib".

Vüqar Süleymanov vurğulayıb ki, 30 illik işğal dövründə Ermənistan torpaqlarımızda 1.5 milyon mina basdırıb. O bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra minatəmizləmə əməliyyatlarına başlanılıb: “Hazırda bu əməliyyatlar davam edir. Son 3 il ərzində böyük işlər görülüb, layihələr həyata keçirilir. Bizim soydaşlarımız artıq mərhələ-mərhələ öz torpaqlarına qayıdır”.