Küveytdə parlament seçkiləri keçirilir

Küveytdə parlament seçkiləri keçirilir

Küveytdə Şeyx Meşəl əl-Əhməd əl-Sabahın hakimiyyətə gəlməsindən sonra ilk parlament seçkiləri keçirilir.

APA “Times Kuwait” a istinadən xəbər verir ki, seçici hüququ olan 834 733 nəfər 200 namizəddən 50-sini dörd il müddətinə yeni qanunverici orqanda təmsil etmək üçün deputat seçəcək.

Qeyd edək ki, seçkilər gecə saatlarına qədər davam edəcək.

Lamiyə Şirinova