Gəncədə ev yanıb - YENİLƏNİB 

Gəncədə ev yanıb - YENİLƏNİB 

Gəncə şəhərində fərdi evdə baş vermiş yanğın söndürlüb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, Əli Nəzmi küçəsi, 166 ünvanında M.Hacızadəyə məxsus fərdi evdə baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində 4 otaqlı evin 2 otağı (40 kvadratmetr), həmçinin evin dam örtüyünün 45 kvadratmetr sahəsi yanıb.

Hadisənin səbəbləri araşdırılır.

20:34

Gəncə şəhərində Ə.Nəzmi küçəsində ev yanır.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.