ANAMA: Mina hadisələrinin 36 faizi azad edilən ərazilərə qanunsuz səfərlərlə bağlıdır

ANAMA: Mina hadisələrinin 36 faizi azad edilən ərazilərə qanunsuz səfərlərlə bağlıdır

Baş verən mina hadisələrinin 36 faizi azad edilən ərazilərə qanunsuz səfərlərin nəticəsidir.

APA xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi - mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib.

O bildirib ki, mina hadisələrinin 24 faizi kənd təsəffüratı işlərində, 21 faizi vəzifələrin icrası zamanı, 19 faizi isə insfrastruktur işləri görülən zaman baş verib.