Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayacaq.

Federasiyadan "Birxeber.Az"a verilən məlumata görə, “Şüa” İdman Kompleksində keçiriləcək yarışa ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar.

İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində mübarizə aparacaqlar. 4 gün davam edəcək turnirdə fərqlənənlərə Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.