Səfir: Aİ minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir

Səfir: Aİ minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir

“Avropa İttifaqı minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir”.

APA xəbər verir ki bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı "X" hesabında paylaşımında bildirib.

“Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. Aİ minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir. Biz ANAMA-nın fədakar əməyini və icraçı tərəfdaşlarımız olan BMTİP, UNICEF, eləcə də beynəlxalq və Azərbaycan vətəndaş cəmiyyəti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Biz fəxr edirik ki, bizim dəstəyimiz minalarla mübarizə imkanlarının artırılmasına, o cümlədən ilk qadın minatəmizləmə qrupunun yaradılmasına gətirib çıxarıb və Azərbaycanın bu sahədə aparıcı mövqeyinə töhfə verib. Biz Azərbaycan xalqının rifahı, sülh, sabit və firavan Cənubi Qafqaz naminə güclü dəstəyimizi davam etdirəcəyik”, - səfir qeyd edib.