Rusiyada elektrik yarımstansiyası partladılıb, 12 min insan işıqsız qalıb

Rusiyada elektrik yarımstansiyası partladılıb, 12 min insan işıqsız qalıb

Rusiyanın Leninqrad vilayətində naməlum şəxslər elektrik yarımstansiyasını partladıblar.

Birxeber.Az-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 12 min insan işıqsız qalıb.

Bildirilib ki, aprelin 3-nə keçən gecə Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda elektrik enerjisi kəsilib. Eyni zamanda bir qadın təcili yardıma zəng edərək, elektrik kəsilmədən əvvəl küçədə iki güclü partlayış eşitdiyini bildirib.

Hadisə yerinə gedən polis və xüsusi xidmət orqanlarının əməkdaşları 2 ədəd zədələnmiş, diametri 10 və 20 santimetrlik deşikləri olan transformator aşkar ediblər.

Transformatorlardan birini bərpa etmək mümkün olmayıb. Müstəntiqlər faktla bağlı “diversiya” maddəsi ilə cinayət işi açıblar.