Peskov: Putin və Makron arasında təmaslar planlaşdırılmır

Peskov: Putin və Makron arasında təmaslar planlaşdırılmır

Putin və Makron arasında təmaslar indi planlaşdırılmır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov dünən Rusiya və Fransa müdafiə nazirləri arasında baş tutan telefon danışığını şərh edərkən bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin dialoqa açıq olduğunu, lakin hazırda fransalı həmkarı Emmanuel Makronla təmasın planlaşdırılmadığını qeyd edib.

Kremlin sözçüsü Rusiya tərəfinin dialoqa hazır olduğunu vurğulayıb.