Kreml: Gürcüstanda xarici agentlərlə bağlı qanunun "rus layihəsi" hesab edilməsi absurddur

Kreml: Gürcüstanda xarici agentlərlə bağlı qanunun "rus layihəsi" hesab edilməsi absurddur

Gürcüstan müxalifətinin xarici agentlərlə bağlı qanunu "rus layihəsi" hesab etməsi absurddur.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, ölkəsinin Gürcüstan müxalifətinin xarici agentlər haqqında qanun layihəsinə kəskin reaksiyasını gördüyünü, lakin bunu "rus layihəsi" kimi təqdim etmək cəhdlərini absurd hesab etdiyini söyləyib.

Peskov qeyd edib ki, xarici agentlərlə bağlı qanunların tətbiqi normal dünya təcrübəsidir, heç bir dövlət onun daxili siyasətinə qarışılmasını istəmir.

"Gürcüstan bizim qonşumuzdur, bu ölkədə sabitlik və vəziyyətin proqnozlaşdırılması Rusiyanın maraqlarına uyğundur", deyə Kremlin sözçüsü vurğulayıb.