Türkiyə XİN Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyə çağırıb

Türkiyə XİN Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyə çağırıb

Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyə çağırırıq.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, Türkiyə işğaldan azad edilmiş ərazilərində çox sayda mina basdırılan Azərbaycanın təhlükəsizliklə bağlı narahatlıqlarını bölüşür.

Türkiyə XİN mina ilə mübarizə aparan ölkələrə verilən güclü dəstəyin davam edəcəyini bəyan edib.