İranda polis məntəqələrinə hücumlarda təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı öldürülüb - YENİLƏNİB

İranda polis məntəqələrinə hücumlarda təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı öldürülüb - YENİLƏNİB

Ötən gecə Çabahar və Raskda polis məntəqələrinə və hərbi bazalara edilən hücumlarda İran təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı öldürülüb.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, terrorçular ilə qarşıdurmada 2 polis əməkdaşı, 2 sərhəd mühafizəsi əməkdaşı və 7 SEPAH və Bəsic üzvü həlak olub.

Öldürülən terrorçuların sayı isə 16 nəfərə çatıb.

***

11:16

SEPAH ötən gecə İranda polis məntəqələrinə hücum edən 15 terrorçunun məhv edildiyini açıqlayıb.

APA xəbər verir ki, SEPAH Quru Qoşunlarının Komandanı Məhəmməd Pakpur bildirib ki, Çabahar və Raskda baş verən qarşıdurmalarda 15 terrorçu öldürülüb.

“Eyni vaxtda həyata keçirilən üç terror əməliyyatında 15 terrorçu zərərsizləşdirilib, onların sayının 18-ə yüksəlməsi ehtimalı var”.

O əlavə edib ki, terrorçularla atışma zamanı 3 polis və 2 SEPAH qüvvəsi öldürülüb.