Vladanka Andreeva: BMT minalardan təmizləmə səylərində Azərbaycanla həmrəydir

Vladanka Andreeva: BMT minalardan təmizləmə səylərində Azərbaycanla həmrəydir

BMT təhlükəsiz gələcəyi təmin etmək üçün minalardan təmizləmə səylərində Azərbaycanla həmrəydir.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın “X” sosial şəbəkəsindəki hesabında Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşımında qeyd olunub.

“Bütün vətəndaşlarından ötrü daha təhlükəsiz gələcəyi təmin etmək üçün minalardan təmizləmə səylərində Azərbaycanla həmrəyik. Bərpa və yenidənqurma istiqamətində yol uzundur. Qlobal dəstək sayəsində minalarsız dünyaya doğru irəliləyişə nail ola bilərik”, - o vurğulayıb.