Azərbaycan atıcısı Almaniyada bürünc medal qazanıb

Azərbaycan atıcısı Almaniyada bürünc medal qazanıb

Azərbaycan atıcısı Leyli Əliyeva Almaniya Münhen şəhərində keçirilən "H&N Kuboku"nda uğurlu çıxış edib.

"Report"un məlumatına görə, idmançı pnevmatik tapançadan 100 metr məsafəyə atəş açmada fərqlənib.

L.Əliyeva yarışın bürünc medalına sahib çıxıb.