İsrail səfirinin xanımı “Təmiz Dünya” sığınacağına yardım kampaniyasına rəhbərlik edib

İsrail səfirinin xanımı “Təmiz Dünya” sığınacağına yardım kampaniyasına rəhbərlik edib

İsrailin Azərbaycandakı səfirinin həyat yoldaşı Anna Dik məişət zorakılığına məruz qalmış qadınlar və uşaqların məskunlaşdığı “Təmiz Dünya” sığınacağına geyim, oyuncaq, ayaqqabı və ev əşyalarının bağışlanması kampaniyasına rəhbərlik edib.

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu təşəbbüs diplomatik missiyanın sığınacaqla uzun illər davam edən əlaqəsinə əsaslanır:

"Bu əziz bayramlar dövründə - Novruzu, Ramazan və yəhudilərin qarşıdan gələn Pasxa bayramını qeyd edərkən İsrail və Azərbaycan arasındakı möhkəm dostluğu bir daha xatırlayırıq. Bu dostluq ehtiyac anında həmrəyliklə müəyyən edilən dostluqdur. İnanırıq ki, bu cür təşəbbüslər xalqlarımız arasındakı münasibətlərə töhfə verir, çünki dostluğun, tolerantlığın və hamı üçün daha yaxşı gələcəyin təşviqi istiqamətində səylərimizdə əzmlə çalışırıq".