SEPAH polis məntəqələrinə hücum edən 15 terrorçunun məhv edildiyini açıqlayıb

SEPAH polis məntəqələrinə hücum edən 15 terrorçunun məhv edildiyini açıqlayıb

SEPAH ötən gecə İranda polis məntəqələrinə hücum edən 15 terrorçunun məhv edildiyini açıqlayıb.

APA xəbər verir ki, SEPAH Quru Qoşunlarının Komandanı Məhəmməd Pakpur bildirib ki, Çabahar və Raskda baş verən qarşıdurmalarda 15 terrorçu öldürülüb.

“Eyni vaxtda həyata keçirilən üç terror əməliyyatında 15 terrorçu zərərsizləşdirilib, onların sayının 18-ə yüksəlməsi ehtimalı var”.

O əlavə edib ki, terrorçularla atışma zamanı 3 polis və 2 SEPAH qüvvəsi öldürülüb.