Azərbaycan şahmatçısı İddiaçılar Turnirindən əvvəl dizindən əməliyyat olunub

Azərbaycan şahmatçısı İddiaçılar Turnirindən əvvəl dizindən əməliyyat olunub

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirindən əvvəl ayağından zədə alıb.

"Birxeber.Az" xəbər verir ki, 28 yaşlı qrossmeyster bu barədə "ChessBase India" kanalına müsahibəsində bildirib.

Abasov bir ay əvvəl dizindən əməliyyat olunduğunu diqqətə çatdırıb: "Fiziki formamı yaxşılaşdırmaq üçün idman zalına gedirdim və bir az futbol oynayırdım. Hazırda yaxşıyam. Torontoda hava şəraitinə öyrəşməyə çalışıram. İndiyədək burada hər şeyi bəyənmişəm".

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Azərbaycan təmsilçisi bu gün ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.