Qubada 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Qubada 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
"Birxeber.Az"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində baş verib.
Belə ki, 1936-cı il təvəllüdlü Gülbaba Əzizov yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.