Mövlud Çavuşoğlu Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

Mövlud Çavuşoğlu Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanını ziyarət edib.

“Report”un xəbərinə görə, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

O, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

M.Çavuşoğlu Türk Şəhidliyini də ziyarət edib və oradakı xatirə dəftərinə ürək sözlərini yazıb.

11:10

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

“Report” xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, səfər aprelin 5-də başa çatacaq.