Zaqatalada 52% genişzolaqlı internetə çıxış imkanı təmin edilib

“Aztelekom” MMC Zaqatala rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 52%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

"APA-Economics" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Zaqatala şəhəri, Zaqatala rayonunun Car, Kebeloba, Yuxarı Tala, Aşağı Tala, Çökək, Göyəm, Dardoqqaz, Sumayıllı, Mişleş, Muxax, Qandax, Faldarlı, Kəpənəkçi, Muğanlı, Yengiyan, Mosul, Maqov, Paşan, Yolayrıc, Höytala, Vöhtala, Mazıx, Qəbizdərə və Uzuntala kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə Zaqatala rayonu ərazisində 18379 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib.

Hazırda Zaqatala şəhərində 5546 təsərrüfatdan 3862 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq, 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,1 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 71%-ni təşkil edir.Zaqatala rayonunda təsərrüfatların 52%-nin genişzolaqlı internetə çıxış imkanı təmin edilib

“Aztelekom” MMC Zaqatala rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 52%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Belə ki, Zaqatala şəhəri, Zaqatala rayonunun Car, Kebeloba, Yuxarı Tala, Aşağı Tala, Çökək, Göyəm, Dardoqqaz, Sumayıllı, Mişleş, Muxax, Qandax, Faldarlı, Kəpənəkçi, Muğanlı, Yengiyan, Mosul, Maqov, Paşan, Yolayrıc, Höytala, Vöhtala, Mazıx, Qəbizdərə və Uzuntala kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə Zaqatala rayonu ərazisində 18379 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib.

Hazırda Zaqatala şəhərində 5546 təsərrüfatdan 3862 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq, 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,1 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 71%-ni təşkil edir.