İran baş prokurorunun müavini: Xəzərdə nərə balıqlarının qorunması bütün region üçün önəmlidir

İran baş prokurorunun müavini: Xəzərdə nərə balıqlarının qorunması bütün region üçün önəmlidir

"İranın hüquq sistemində ekoloji mühitin qorunmasına nəzarət məhkəmə hakimiyyətinin öhdəliyindədir".

APA-nın xəbərinə görə, bunu İranın baş prokurorunun müavini Qolam Abbas Torki Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin beştərəfli görüşündə çıxışında bildirib:

"Biz Xəzər dənizi hövzəsində ekoloji mühiti qorumaq üçün bir araya gəlmişik. İranın hüquq sistemində ekoloji mühitin qorunmasına nəzarət məhkəmə hakimiyyətinin öhdəliyindədir. Bu cür tədbirlər tərəfdaş ölkələrin ekologiya sahəsində qanunvericiliyi ilə tanış olması üçün mükəmməl imkandır. Xəzərdəki nərə balıqlarının qorunması bütün region üçün önəmli aspektlərdəndir. Çox ümid edirəm ki, bu əməkdaşlıq bütövlükdə Xəzəryanı ölkələrin ekologiyasının mühafizəsi və sağlam ətraf mühitin formalaşdırılması üçün faydalı olacaq".

Fərid Azəri