Faktiki hava şəraiti açıqlanıb - YENİLƏNİB

Faktiki hava şəraiti açıqlanıb - YENİLƏNİB

Yanvarın 27-si saat 19:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə APA-ya Milli Hidrometeorlogiya Xidmətindən xəbər verilib.

Gəncə, Şəmkir, Göygöl, Gədəbəy, Ceyrançöl, Tovuzda qar yağır.

***

15:47

Saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Qax, Kəlbəcər, Şəmkir, Şəki, Biləsuvar, Şahdağ, Goranboyda qar; Naftalan, Gəncə, Zaqatala, Bərdə, Ağdam, Tərtər, Cəfərxan, Balakən, Ağsu, İmişli, Sabirabad, Mingəçevir, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Xaçmaz, Qəbələ, Oğuz, Göyçay, Bakıda və Abşeron yarımadasında da səhər saatlarında arabir yağış yağıb.

Bu barədə APA-ya Milli Hidrometeorlogiya Xidmətindən xəbər verilib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 şaxta, aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub.