Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 2 dəfədən çox artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 2 dəfədən çox artıb

2023-cü ildə Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyard 924 milyon 683 min ABŞ dolları dəyərində 2 milyon 602 min 380 ton yük daşınıb.

“Birxeber.Az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən müvafiq olaraq 49,6 % və 2,1 dəfə çoxdur.

Ötən il dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 78 min 913 ton (əvvəlki illə müqayisədə 48 % çox), dəyəri 182 milyon 486 min ABŞ dolları (2,6 dəfə çox) olub, idxal olunan yüklərin isə həcmi 2 milyon 523 min 467 ton (2,1 dəfə çox), dəyəri 1 milyard 742 milyon 215 min ABŞ dolları (43 % çox) təşkil edib.