Bakıda bir neçə gün əvvəl vurulan 90 yaşlı piyada xəstəxanada ölüb

Bakıda bir neçə gün əvvəl vurulan 90 yaşlı piyada xəstəxanada ölüb

Abşeronda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Birxeber.Az xəbər verir ki, martın 30-da Masazır kəndi, “Yeni Bakı” Yaşayış kompleksində yaşayan, 1988-ci il təvəllüdlü Çarullayev Pərviz İlham oğlu idarə etdiyi “Ford Transit” markalı avtomobili arxaya hərəkət etdirərkən ehtiyatsızlıqdan 1934-cü il təvəllüdlü Hüseynova Zərxara Abbas qızını vurub.

Nəticədə qadın xəsarətlərlə “Kliniki Tibbi Mərkəz”ə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, qadın ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.