Tokio Filippində qoşun yerləşdirmək istəyir

Tokio Filippində qoşun yerləşdirmək istəyir

Manila və Tokio Yaponiya hərbi qüvvələrinin Filippində yerləşdirilməsi məsələsini müzakirə edir.

“Report”un məlumatına görə, bunu Filippinin ABŞ-dakı səfiri Xose Manuel Romualdes “Financial Times”a müsahibəsində deyib.

Diplomat aydınlaşdırıb ki, tərəflər birgə hərbi təlimlərdə iştirak etməyə imkan verəcək saziş imzalamaq üçün finiş xəttinə çatıblar.

Romualdes qeyd edib ki, ölkələr ABŞ-ın Filippində öz hərbi qüvvələrini saxladığı müqaviləyə bənzər olaraq rotasiya əsasında qoşun yerləşdirmək imkanını nəzərdən keçiriblər.

Səfir vurğulayıb ki, Manila və Tokio hökumətləri qarşılıqlı çıxış sazişinin bağlanmasına yaxınlaşır və bu, həm də bir-birinin ərazisində birgə təlimlər keçirməyə və hərbi personalın təliminə imkan verəcək.

Diplomat həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları və Filippin hərbi kəşfiyyat məlumatlarının mübadiləsinə dair sazişin bağlanmasına çox yaxındır.