Nicat Abasov İddiaçılar Turnirində mübarizəyə başlayır

Nicat Abasov İddiaçılar Turnirində mübarizəyə başlayır

Bu gün Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində mübarizəyə başlayacaq.

"Birxeber.Az"un məlumatına görə, 28 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.

Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da start götürəcək.

I turda Fabiano Karuana - Hikaru Nakamura (hər ikisi ABŞ), Əlireza Firuzca (Fransa) - Rameşbabu Praqnanandha (Hindistan) və Dommaracu Qukeş - Santoş Vidit (hər ikisi Hindistan) görüşləri də keçiriləcək.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.