Bu il Çin-Qırğızıstan-Özbəkistan dəmiryolunun tikintisinə başlanılacaq

Bu il Çin-Qırğızıstan-Özbəkistan dəmiryolunun tikintisinə başlanılacaq

Çin-Qırğıstan-Özbəkistan dəmiryolunun tikintisinə başlanılacaq və 8 milyard dollara başa gələcək.

“Report” "24.kg"yə istinadən xəbər verir ki, bunu Özbəkistan Nazirlər Kabinetinin sədri Akılbek Japarov aqrosənaye forumunda bildirib.

Onun sözlərinə görə, bu, ilkin dəyərləndirmədir.

Məlumata görə, tərəflər layihənin icrası üzrə hazırlıq işlərini başa çatdırıblar. Dəmiryolunun tikintisinə bu ilə başlayacaqlar. Hazırda layihənin texniki-iqtisadi əsaslarının aktuallaşdırılması aparılır.

Bu yolun reallaşması ilə bağlı üç ölkə arasında razılaşma 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində imzalanıb.

20 ildən artıqdır müzakirə olunan layihə Çindən Özbəkistana keçməklə Cənub dəhlizi ilə Avropa və Körfəz ölkələrinə ticarət, habelə daşımaların coğrafiyasının genişləndirilməsinə xidmət edəcək.