FHN “Bakı KOB evi”ndə fəaliyyətə başlayıb

FHN “Bakı KOB evi”ndə fəaliyyətə başlayıb

"Bakı KOB evin"də Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən sahibkarlara müvafiq xidmətlər göstərilməyə başlayıb.

"Birxeber.Az" xəbər verir ki, “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq, “Bakı KOB evi” ndə FHN tərəfindən 6 xidmət təşkil edilib.

Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Ramin Paşayev bildirib ki, bunlardan üçü FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən, digər üçü isə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təmin edilib:

"Sahibkarlar Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübü-konstruktor işlərinə, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələndirilməsinə, hazırlanmasına, inşasına, istismarına və istismardan çıxarılmasına icazə verilməsi xidmətləri üçün "Bakı KOB evi"nə müraciət edə bilərlər. Eyni zamanda, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlıqların, radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsinə və hazırlanmasına icazə verilməsi xidmətlərindən istifadə etmək mümkün olacaq".

Təhlükə potensiallı obyektlərin dövlət reyestri şöbəsinin müdiri Namik İsmayılov deyib ki, vətəndaşlar "Bakı KOB evi” ndə FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi vasitəsilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların, (partlayıcı maddələrin və qurğuların; tezalışan maddələrin və pirotexniki məmulatların) dövriyyəsinə icazənin və təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında çıxarışın verilməsi xidmətlərindən də yararlana bilərlər.

Vurğulanıb ki, FHN-nin xidmətlərinin tədricən regionlarda fəaliyyət göstərən digər KOB evlərində də həyata keçirilməsi planlaşdırılır. Növbəti mərhələdə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən xidmətlərin “Bakı KOB evi” vasitəsilə həyata keçirilməsi sənədləşmə işlərində şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun artırılmasını təmin edəcək.

Daxili siyasət Daxili siyasət
Biləsuvarda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Biləsuvarda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Daxili siyasət Daxili siyasət
Nazirlərin mart ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI

Nazirlərin mart ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI

Daxili siyasət Daxili siyasət
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Daxili siyasət Daxili siyasət
Dövlət başçısı: "Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb"

Dövlət başçısı: "Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb"

Daxili siyasət Daxili siyasət
İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq 

İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq 

Daxili siyasət Daxili siyasət
Prezident: Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub

Prezident: Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub

Daxili siyasət Daxili siyasət
Nazirlik: 123 nəfər hakim vəzifəsinə təyin edilib

Nazirlik: 123 nəfər hakim vəzifəsinə təyin edilib

Daxili siyasət Daxili siyasət
MSK sədrinə yeni səlahiyyət verilib

MSK sədrinə yeni səlahiyyət verilib

Daxili siyasət Daxili siyasət
Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Daxili siyasət Daxili siyasət
Bakıda “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib

Bakıda “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib

Daxili siyasət Daxili siyasət
Azərbaycanın Birinci vitse-prezidenti Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Daxili siyasət Daxili siyasət
Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək

Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək