Bakıda 35 yaşlı kişi yol qəzasında xəsarət alıb

Bakıda 35 yaşlı kişi yol qəzasında xəsarət alıb

Bakının Nizami rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Birxeber.Az” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əbilov Elvin Azad oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.