“Yeni klinika”da "Heydər Əliyev İli"nə həsr olunan tədbir keçirilib

“Yeni klinika”da "Heydər Əliyev İli"nə həsr olunan tədbir keçirilib

“Yeni klinika” tibb müəssisəsində "Heydər Əliyev İli"nə həsr olunan tədbir keçirilib.

“Birxeber.Az” xəbər verir ki, tədbirdə tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, tibb müəssisənin rəhbər, tibbi və qeyri-tibbi heyəti iştirak edib.

Tədbirdən öncə “Yeni klinika”da Ulu Öndər Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi baş tutub. Sonra tədbir iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş stendlə tanış olublar.

Tədbirdə çıxış edən C.Paşayev Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, eləcə də səhiyyə sahəsində göstərdiyi misilsiz xidmətlərindən söz açıb.

Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafında mühüm xidmətlər göstərdiyini qeyd edən baş həkim partiya sıralarına qoşulanların sayının durmadan artdığını söyləyib. O, təşkilata qoşulan əməkdaşları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

R.Vəlibəyov Ulu Öndər Heydər Əliyevin cəmiyyətin aparıcı siyasi qüvvəsi olan YAP-ı qısa müddət ərzində inkişaf etdirərək ümumxalq partiyasına çevirdiyini vurğulayıb. Tibb ocağının Hüquq şöbəsinin müdiri Əliheydər Heydərli Ümummilli Liderin zəngin həyat yolu və siyasi yaradıcılığından bəhs edib, partiyanın Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini bildirib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan qısa film nümayiş etdirilib.

Sonda “Yeni klinika” tibb müəssisəsində fəaliyyət göstərən 42 əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub.

SAĞLAMLIQ SAĞLAMLIQ
Daha bir neçə kolbasa və sosiska məhsulunda nöqsanlar aşkarlanıb - SİYAHI

Daha bir neçə kolbasa və sosiska məhsulunda nöqsanlar aşkarlanıb - SİYAHI

SAĞLAMLIQ SAĞLAMLIQ
Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof zərərvericilərə görə məhv edilib

Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof zərərvericilərə görə məhv edilib

SAĞLAMLIQ SAĞLAMLIQ
ÜST: son dörd həftədə dünyada koronavirusdan ölüm halları 17 faiz azalıb

ÜST: son dörd həftədə dünyada koronavirusdan ölüm halları 17 faiz azalıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada 8 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 8 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Pulsuz dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir

Pulsuz dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir

SAĞLAMLIQ SAĞLAMLIQ
Yanvarın 1-dən qida məhsullarının etiketlənməsi ilə bağlı yeni tələblər qüvvəyə minəcək

Yanvarın 1-dən qida məhsullarının etiketlənməsi ilə bağlı yeni tələblər qüvvəyə minəcək

SAĞLAMLIQ SAĞLAMLIQ
Dağüstü parkda özünü hündürlükdən atan qızın vəziyyəti açıqlanıb

Dağüstü parkda özünü hündürlükdən atan qızın vəziyyəti açıqlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Hamiləliklə bağlı risk qrupları açıqlanıb

Hamiləliklə bağlı risk qrupları açıqlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda 21 nəfər koronavirusa yoluxub

Azərbaycanda 21 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada Azərbaycanda 81 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Son sutkada Azərbaycanda 81 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada 75 nəfər koronavirusa yoluxub

Son sutkada 75 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Naxçıvanda baş həkim vəzifəsindən azad olunub

Naxçıvanda baş həkim vəzifəsindən azad olunub