Danimarkanın müdafiə naziri Silahlı Qüvvələrin komandanını vəzifəsindən azad edib

Danimarkanın müdafiə naziri Silahlı Qüvvələrin komandanını vəzifəsindən azad edib

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Silahlı Qüvvələrin komandanı Flemminq Lentferi vəzifəsindən azad edib və general-mayor Mikael Hildqordu müvəqqəti komandan təyin edilib.

“Report” xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

“Mən komandana olan inamımı itirdim və buna görə də onun daha silahlı qüvvələrə rəhbərlik etməyəcəyinə qərar verdim. Biz Danimarkanın müdafiəsinin tarixi və zəruri gücləndirilməsi ilə qarşı-qarşıyayıq.Bu, bizim təşkilatımıza və siyasi səviyyədə peşəkar hərbi təcrübəmizə böyük tələblər qoyur”, - deyə Poulsen bildirib.

Qeyd edək ki, Lentfer 2020-ci ilin dekabrından Silahlı Qüvvələrin komandanıdır.