Kulis.az 13 yaşını qeyd edir

Kulis.az 13 yaşını qeyd edir

Bu gün "Birxeber.Az Group"a daxil olan Kulis.az mədəniyyət portalının yaranmasından 13 il ötür.

Birxeber.Az-nın məlumatına görə, portal 2011-ci il aprelin 4-dən internet istifadəçilərinin ixtiyarındadır.

Kulis.az Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir.

Portalda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, videomateriallar təqdim edilir.

Kulis.az müsabiqə də təşkil edir.

Kulis.az saytı yaradıcılıqla məşğul olan hər kəsin üzünə açıqdır.