Şoyqu: Fransa hərbçilərinin Ukraynaya göndərilməsi Paris üçün problemlər yaradacaq - YENİLƏNİB

Şoyqu: Fransa hərbçilərinin Ukraynaya göndərilməsi Paris üçün problemlər yaradacaq - YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyi Sergey Şoyqunun fransalı həmkarı ilə telefon danışığı apardığını təsdiqləyib.

APA-nın Moskva müxbiri Rusiya MN-in yaydığı məlumata istinadən xəbər verir ki, Fransa müdafiə naziri israrla Şoyqunu Ukrayna və Qərbin "Crocus"da törədilən terror aktında əli olmadığına inandırmağa çalışıb, məsuliyyəti İŞİD-in üzərinə atıb.

Şoyqu fransalı həmkarına terror aktının təşkilində Ukraynanın izinə dair məlumatlar olduğunu bildirib.

Rusiyalı nazir Fransa hərbçilərinin Ukraynaya göndərilməsi planlarının praktiki həyata keçirilməsinin Paris üçün problemlər yaradacağını söyləyib.

Telefon danışığı zamanı Ukrayna üzrə dialoqa hazır olmaları, həmçinin dialoqun İstanbul Sülh Təşəbbüsünə əsaslana biləcəyi qeyd edilib.

Saat 20:25

Rusiya və Fransa müdafiə nazirləri arasında telefon danışığ olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, fransalı nazir Sebastyen Lekornyu həmkarı Sergey Şoyqu ilə söhbətində Krokusda törədilən terror aktını qətiyyətlə pisləyib və həlak olanların ailələri ilə həmrəy olduğunu bildirib.

Sebastyen Lekornyu terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməyə hazır olduğunu da bildirib