Gürcüstanın spikeri: Xarici donorlar radikal partiyaların məxfi maliyyələşməsini artırıblar

Gürcüstanın spikeri: Xarici donorlar radikal partiyaların məxfi maliyyələşməsini artırıblar

“Xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar”.

“Birxeber.Az”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib.

“Donorlarla danışdıq. Vaxtilə hər şeyin şəffaf olacağına dair söz verilmişdi. Təəssüf ki, bu vəd yerinə yetirilmədi. Xarici maliyyələşmənin şəffaflaşması əvəzinə, əksinə, radikal qrupların və partiyaların gizli maliyyələşməsi artıb”

Parlamentin spikeri buna misal olaraq “Droa” partiyasını göstərib. Onun sözlərinə görə, onların xaricdən maliyyələşdiyindən hakimiyyət təsadüfən xəbər tutub.

Qeyd edək ki, Gürcüstanda hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim edib.