Novak: Rusiya yeni NEZ tikməyi planlaşdırmır

Novak: Rusiya yeni NEZ tikməyi planlaşdırmır

Rusiya yeni neft emalı zavodları (NEZ) inşa etməyi planlaşdırmır.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.

“Onsuz da artıq güclərimiz olduğundan yeni NEZ tikintisini nəzərdə tutmuruq, biz NEZ-lərin bərpası və modernləşdirilməsi üzrə genişmiqyaslı proqram həyata keçiririk”, - o deyib.

Novakın sözlərinə görə, Rusiya yanacağa olan tələbatı ödəmək üçün kifayət qədər emal gücünə malikdir, üstəlik, zavodların sərbəst qalan güclərdən istifadə etməklə emal həcmini artırmaq potensialı da var.

Qeyd edək ki, martın sonunda Novak Rusiya neft şirkətlərinin ölkənin neft emalı zavodlarında baş verən bir sıra qəzalardan sonra benzin istehsalını artıra bildiyini, buna digər neft emalı zavodlarında yanacaq istehsalının artması hesabına nail olunduğunu açıqlamışdı.