“WhatsApp” messencerinin işində problem yaranıb

“WhatsApp” messencerinin işində problem yaranıb

Dünyanın bir neçə ölkəsində “WhatsApp” messencerinin işində problemlər baş verib.

"Birxeber.Az" xəbər verir ki, problemin səbəbləri hələlik məlum deyil.

Problem Azərbaycanda da müşahidə edilir. Belə ki, göndərilən ismarışların qarşı tərəfə çatdırılmasında problemlər yaşanır.

"WhatsApp" - smartfonlar üçün nəzərdə tutulmuş prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və audio fayllar göndərməyə imkan verir.