CAR parlamentinin sədri korrupsiya ittihamı fonunda istefa verib

CAR parlamentinin sədri korrupsiya ittihamı fonunda istefa verib

Cənubi Afrika Respublikası Milli Assambleyasının (parlamentin aşağı palatası) sədri Nosivive Mapisa-Nqakula korrupsiya ittihamları ilə istefa verib.

"Report" xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Mapisa-Nqakula özünü bütünlüklə ittihamlara qarşı mübarizəyə həsr etmək üçün istefa vermək qərarına gəldiyini açıqlaıyb.

Martın 19-da korrupsiya iddiaları ilə bağlı Mapisa-Nqakulanın evində axtarış aparılıb. Spiker müdafiə naziri olduğu dövrdə (2012-2021) rüşvət kimi milyonlarla nağd pul almaqda ittiham olunur.