İsveçrədə azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb

İsveçrədə azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb

İsveçrənin Cenevrə şəhərində azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb.

"Birxeber.Az"un yerli bürosu bildirir ki, aksiya zamanı İkinci Qarabağ müharibəsində ermənilər tərəfində vuruşduğunu deyən bir nəfər şəxs soydaşlarımıza qarşı münaqişəyə girməyə, erməni yalanlarını söyləməyə, ölkəmizə qarşı layiq olmayan fikirlər yaymağa cəhd göstərib. Lakin təxribatın qarşısı alınıb.

Özünü erməni kimi təqdim edən şəxsin cəhdlərinə baxmayaraq, soydaşlarımız aksiyanı dayandırmayıblar. Məqsədinə çatmayan şəxs aksiya keçirilən yeri tərk etməyə məcbur olub.

Qeyd edək ki, İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız BMT-nin Cenevrə ofisinin qarşısında aksiyanı davam etdirirlər. Aksiya iştirakçıları Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar edirlər. Aksiya çərçivəsində "Mina sahəsi" adlı ekskluziv təlimlər keçirilir və sakinlərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair məlumatlar verilir.