Azərbaycanda qeydiyyatda olan 26 partiyadan 25-i maliyyə hesabatını MSK təqdim edib

Azərbaycanda qeydiyyatda olan 26 partiyadan 25-i maliyyə hesabatını MSK təqdim edib

Mərkəzi Seçki Komissiyasına (MSK) 2023-cü il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, dövlət qeydiyyatına alınan 26 siyasi partiyadan 25-i maliyyə hesabatını MSK-ya təqdim edib.

Maliyyə hesabatını təqdim edən partiyalar siyahısında yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adı yer almayıb.

Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2023-cü il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatıb. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.