Samir Abasov: "Komandada dəyişiklik gözə çarpacaq dərəcədədir"

Samir Abasov: "Komandada dəyişiklik gözə çarpacaq dərəcədədir"

"Komandada dəyişiklik gözə çarpacaq dərəcədədir. Futbolçuların məşqlərə yanaşması, hazırlıq mərhələsində etdikləri bizi qane etdi".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının yekunları barədə klubun rəsmi saytına açıqlamasında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, hazırlığın bəhrəsini fasilədən sonra görəcəklər: "Ümumi olaraq, toplanışdan razı qaldığımı düşünürəm. Heyətə bir neçə yeni futbolçu dəvət etmişik, lakin transferlərimiz hələ bitməyib. Daha iki mövqeyə axtarışlarımız davam edir. Hazırlığımız və təlim-məşq toplanışı ərzində müsbətə doğru etdiklərimizin Premyer Liqa oyunlarına necə təsir edəcəyini zaman göstərəcək. Yeni gələnlər və bəzi futbolçularımız tam hazır olduqdan sonra bizim üçün daha yaxşı olacaq".

Təcrübəli baş məşqçi Rusiyanın "Krılya Sovetov" komandasına 0:1 hesabı ilə uduzduqları sonuncu yoxlama matçına da toxunub: "Düşünürəm ki, oyun pis alınmadı, futbolçularım özlərini yaxşı tərəfdən göstərə bildilər. Rəqibimiz Rusiya Premyer Liqası təmsilçisi idi. Güclü komandaya pis təsir bağışlamadıq. Rəqib istər-istəməz oyunçularımızı meydanda qaçırtdı ki, bu da bizim üçün olduqca əlverişli idi. Oyundan sonrakı analizdə isə taktiki gedişlər və səhvlərimizi incələyərək futbolçularla müzakirə edəcəyik. İlk yarıda daha dinamik təsir bağışlayan komandamın oyunu məni qane etdi. İkinci hissədə bəlkə rəqibin daha çox qaçmağı, bizim yorğun olmağımız və akademiyanın oyunçularını meydana buraxmağımız öz oyunumuzdan çıxmağımıza gətirib çıxardı. Fikrimcə, ilk yoxlama oyunundan daha yaxşı təsir bağışladıq".

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiya klubu “Radnik”i 2:1 hesabı ilə məğlub edib.

Futbol Futbol
"Beşiktaş"ın futbolçuları "Sabah"la xeyriyyə matçı barədə çağırış ediblər

"Beşiktaş"ın futbolçuları "Sabah"la xeyriyyə matçı barədə çağırış ediblər

Futbol Futbol
UFC çempionu böyük futbolda debüt edəcək

UFC çempionu böyük futbolda debüt edəcək

Futbol Futbol
“Atletiko”nun qapıçısı kub rekordunu təkrarlayıb

“Atletiko”nun qapıçısı kub rekordunu təkrarlayıb

Futbol Futbol
"Neftçi" Azərbaycan çempionatında rekordu yeniləyib

"Neftçi" Azərbaycan çempionatında rekordu yeniləyib

Futbol Futbol
Konfrans Liqası: "Jelezniçar" və "Neftçi"nin start heyətləri açıqlanıb

Konfrans Liqası: "Jelezniçar" və "Neftçi"nin start heyətləri açıqlanıb

Futbol Futbol
Lempard növbəti dəfə "Çelsi"nin baş məşqçisi olub - RƏSMİ

Lempard növbəti dəfə "Çelsi"nin baş məşqçisi olub - RƏSMİ

Futbol Futbol
Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Futbol Futbol
Konfrans Liqası: “Neftçi” - “Beşiktaş” oyununda birinci hissə başa çatıb - YENİLƏNİB-4

Konfrans Liqası: “Neftçi” - “Beşiktaş” oyununda birinci hissə başa çatıb - YENİLƏNİB-4

Futbol Futbol
“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb

“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb

Futbol Futbol
“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

Futbol Futbol
TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

Futbol Futbol
AFFA klubları cərimələyib

AFFA klubları cərimələyib