Prezident: ABŞ-Aİ-Ermənistan görüşünün təxirə salınmaması Cənubi Qafqazda gərginliyin yaranmasına gətirib çıxaracaq

Prezident: ABŞ-Aİ-Ermənistan görüşünün təxirə salınmaması Cənubi Qafqazda gərginliyin yaranmasına gətirib çıxaracaq

ABŞ-Aİ-Ermənistan görüşünün təxirə salınmaması Cənubi Qafqazda gərginliyin yaranmasına gətirib çıxaracaq.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.