Hakan Fidan böyük britaniyalı həmkarı ilə görüşüb

Hakan Fidan böyük britaniyalı həmkarı ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan böyük britaniyalı həmkarı David Cameron ilə görüşüb.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.

Görüş Brüsseldə NATO XİN rəhbərləri toplantısı çərçivəsində baş tutub.

Nazirlər Qəzza, Ukrayna və müdafiə sənayesində əməkdaşlıq kimi mövzuları müzakirə edib.