KİV: Zelenski Britaniya kralından 20 milyon funta malikanə alıb

KİV: Zelenski Britaniya kralından 20 milyon funta malikanə alıb

Ukrayna Prezidenti Volodimir Zelenski XVIII əsrdə tikilmiş “Highgrove House” malikanəsini Böyük Britaniya kralı III Çarlzdan alıb.

“Report” xəbər verir ki, bu barədə "The London Crier" məlumat yayıb.

Məlumata görə, iqamətgahın alınması ona 20 milyon funt-sterlinqə başa gəlib və razılaşmaya onun həyat yoldaşı Yelena Zelenskaya nəzarət edib: “Highgrove”un satışı ilə bağlı Bukingem sarayından rəsmi açıqlama olmasa da, satışın 2024-cü ilin fevral ayının sonu martın əvvəlində tamamlandığını göstərən bir çox detal var”.

Bildirilib ki, malikanə Qlosterşirdə yerləşir. Britaniya kralı onu 1980-ci ildə alıb. Şahzadələr Uilyam və Harri “Highgrove House”da böyüyüblər.