Almaniya, Fransa və Polşa Ukrayna ilə bağlı birgə bəyanat yayıb: Biz səhv etməməliyik

Almaniya, Fransa və Polşa Ukrayna ilə bağlı birgə bəyanat yayıb: Biz səhv etməməliyik

Biz səhv etməməliyik.

“Report” xəbər verir ki, bu barədə Almaniya, Fransa və Polşa xarici işlər nazirləri - Annalena Berbok, Stefan Sejeurne və Radoslav Sikorskinin yaydığı birgə bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunub ki, Rusiya 2 ildən artıqdır ki, Ukraynaya qarşı qanunsuz müharibə aparır: “Son 2 ildə ABŞ və Avropa Rusiyaya qarşı birləşib. Lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

Bildirilib ki, bu gün Ukraynada olanlar sabah Avropanın başqa yerində təkrarlana bilər: “Rusiya imperialist siyasətindən əl çəkməyəcək. Biz birlikdə NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.

ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib. V.Zelenski daha əvvəl Rusiyanın əks-hücum əməliyyatlarına hazırlanacağı barədə xəbərdarlıq edib. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak daha əvvəl bildirib ki, müharibənin yalnız hərbi yolla həlli var.