Naxçıvan MR Prokurorluğunda toplantı keçirilib, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi tapşırılıb

Naxçıvan MR Prokurorluğunda toplantı keçirilib, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi tapşırılıb

2022-ci il ərzində qanunların icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları tərəfindən görülmüş işlərə dair kollegiya iclası keçirilib.

"Report"un yerli bürosunun xəbərinə görə, kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının Prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq ötən il ərzində görülmüş işlərlə bağlı ətraflı məlumat verib, ölkə Prezident cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis olunmasının, aparılan struktur islahatlarının prokurorluq orqanlarının da fəaliyyətini günün tələbləri səviyyəsində qurmalarına geniş imkanlar açacağını, insanların sosial rifah halının yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.

Sonra Şərur, Babək və Culfa rayon prokurorları çıxış edərək aidiyyəti üzrə görülmüş işlər haqqında məlumat veriblər.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini, baş ədliyyə müşaviri Sənan Paşayev çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət və müasir dövrün reallıqlarına uyğun islahatlar ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə, dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsinə xidmət edib. Dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində ölkəmizdə digər qurumlar və sahələrlə yanaşı Azərbaycan Prokurorluğu orqanlarında da idarəçiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində operativliyin təmin edilməsi istiqamətində nəzərəçarpacaq dəyişiklər müşahidə edilməkdədir. Məhz bu sahədə görülən işlərin bir mərhələsi olaraq Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun müasir tələblərə cavab verən yeni strukturu təsdiq edilib və bundan sonra Baş prokuror Kamran Əliyev tərəfindən Azərbaycan Prokurorluğunun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun da yeni strukturu formalaşdırılıb.

Vurğulanıb ki, bu gün ölkəmizin digər bölgələri ilə yanaşı Naxçıvan Muxtar Respublikası da ölkə başçısı cənab İlham Əliyevin hərtərəfli inkişaf strategiyası ilə əhatə olunub və insanların hüquqlarının qorunması, sosial rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atılmaqdadır. Naxçıvan Muxtar Respublikası Prokurorluğu da muxtar respublikada insanların hüquq və azadlıqlarını qorumaqla, daxil olan müraciətlərə obyektiv və operativ şəkildə baxıb qanuni və əsaslı qərarlar qəbul etməklə, baş vermiş cinayət hadisələrinin vaxtında qeydə alınmasını, qanunlara riayət edilməsini təmin etməklə, Prezident tərəfindən həyata keçirilən davamlı inkişafa, məqsədyönlü və uğurlu islahatlara öz töhfəsini verməlidir.

Bunun üçün muxtar respublika prokurorluğu orqanlarının əməkdaşları vətəndaşların müraciətlərinə baxılması, cinayət xarakterli müraciətlərin araşdırılması, törədilmiş hər bir əmələ obyektiv hüquqi qiymətin verilməsi, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarətin gücləndirilməsi istiqamətində öz fəaliyyətlərini daha da təkmilləşdirməli və bu sahədə Azərbaycan Respublikasının qanunlarını, aidiyyəti digər normativ aktların tələblərini, Azərbaycan Respublikası Baş prokurorunun əmr, göstəriş və tapşırıqlarını rəhbər tutmalıdırlar.

Daxili siyasət Daxili siyasət
Vüqar Seyidov: "Müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır" 

Vüqar Seyidov: "Müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır" 

Daxili siyasət Daxili siyasət
Azərbaycan Prezidenti: “ASAN xidmət” bizim intellektual məhsulumuzun bir nümunəsidir”

Azərbaycan Prezidenti: “ASAN xidmət” bizim intellektual məhsulumuzun bir nümunəsidir”

Daxili siyasət Daxili siyasət
İşsizlikdən sığorta fondunun sərbəst vəsaitindən istifadə qaydası təsdiqlənib

İşsizlikdən sığorta fondunun sərbəst vəsaitindən istifadə qaydası təsdiqlənib

Daxili siyasət Daxili siyasət
AMEA-da “Daş təpələr: sivilizasiyanın erkən coğrafiyası” mövzusunda elmi seminar keçirilib

AMEA-da “Daş təpələr: sivilizasiyanın erkən coğrafiyası” mövzusunda elmi seminar keçirilib

Daxili siyasət Daxili siyasət
Gəncədə Mir Cəlal Paşayevin ev muzeyində elmi konfrans keçirilib - YENİLƏNİB

Gəncədə Mir Cəlal Paşayevin ev muzeyində elmi konfrans keçirilib - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
Prezident: "Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər hallar olmamalıdır"

Prezident: "Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər hallar olmamalıdır"

Daxili siyasət Daxili siyasət
Yeni məşğulluq layihəsi üzrə daha 461 şəxsə iş yerlərinə göndəriş verilib

Yeni məşğulluq layihəsi üzrə daha 461 şəxsə iş yerlərinə göndəriş verilib

Daxili siyasət Daxili siyasət
DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı tədbir keçirilib

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Vətən müharibəsi ilə bağlı yazılan kitabın ingilis dilində nəşrinin təqdimatı olub

Vətən müharibəsi ilə bağlı yazılan kitabın ingilis dilində nəşrinin təqdimatı olub

Daxili siyasət Daxili siyasət
Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib

Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib

Daxili siyasət Daxili siyasət
"Tarixi torpaqlarımıza - Qərbi Azərbaycana qayıdış bizim təbii hüququmuzdur" - RƏY

"Tarixi torpaqlarımıza - Qərbi Azərbaycana qayıdış bizim təbii hüququmuzdur" - RƏY

Daxili siyasət Daxili siyasət
Bu gün Bakının 370 küçəsi yuyulub

Bu gün Bakının 370 küçəsi yuyulub