Cenevrədə azərbaycanlılar etiraz aksiyası keçirirlər

Cenevrədə azərbaycanlılar etiraz aksiyası keçirirlər

İsveçrənin Cenevrə şəhərində azərbaycanlılar etiraz aksiyası keçirirlər.

“Report”un Fransa bürosu bildirir ki, azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısına toplaşıblar. Aksiya iştirakçılarının məqsədi Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar etməkdir. Aksiya çərçivəsində “Mina sahəsi” adlı təlimlər keçirilir və sakinlərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair ətraflı məlumat verən flayerlər paylanılır.

Aksiya erməni təşkilatlarının keçirdikləri ümumavropa aksiyasında yaydıqları yalan məlumatların qarşısını almaq məqsədilə keçirilən silsilə tədbirlərdəndir.