Nicat Abasov İddiaçılar Turnirinə Azərbaycanın məşhur şahmatçısı ilə gedib

Nicat Abasov İddiaçılar Turnirinə Azərbaycanın məşhur şahmatçısı ilə gedib

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirinə ölkənin məşhur qrossmeysteri ilə yollanıb.

"Report"un əldə etdiyi məlumata görə, o, sözügedən ölkəyə Şəhriyar Məmmədyarovla gedib.

Qeyd edək ki, sabah start götürəcək yarış aprelin 25-də başa çatacaq. Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.