Azərbaycan millisinin üzvü: Nicat Abasov İddiaçılar Turnirində birinci ola bilər

Azərbaycan millisinin üzvü: Nicat Abasov İddiaçılar Turnirində birinci ola bilər

Nicat Dünya Kubokundakı kimi oynasa, İddiaçılar Turnirində birinci ola bilər.

Bunu "Report"a açıqlamasında Azərbaycan şahmatçısı Rauf Məmmədov Nicat Abasovun Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirindəki şansları barədə danışarkən deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Şahmat Federasiyasının yarışdan əvvəl həmkarına dəstək olduğunu xatırladıb: "Ona görə Nicatdan yaxşı oyun gözləyirəm. Qalib ola bilər. Unutmayaq ki, birinci yeri tutan Şahmat Tacı uğrunda görüşdə iştirak edəcək".

Milli komandanın üzvü Şəhriyar Məmmədyarovun da Nicatla birlikdə Kanadaya yollanmasına münasibət bildirib: "Bu, müsbət cəhətdir. Şəhriyar çox təcrübəli şahmatçıdır. O, neçə dəfə İddiaçılar Turnirində oynayıb və ikinci yeri də tutub".

Qeyd edək ki, sabah start götürəcək yarış aprelin 25-də başa çatacaq. Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.